Daha bir təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki 1 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən Ümumdünya Kitab və Müəlliflik hüququ günü münasibətilə başladılan “Kitabımızı paylaşaq” adlı aksiyasına qoşulub. Bu barədə Femida.az-a Dövlət Agentliyindən bildirilib.
Belə ki, “Qanun” Nəşriyyatı tərəfindən 100-ə yaxın kitab 1 saylı “ASAN xidmət” Mərkəzinə hədiyyə edilib.
Qeyd edək ki,“ASAN xidmət”ə müraciət edən şəxslər, aksiyaya qoşulmaq məqsədilə maraqlı kitablarını vətəndaşlara paylaşa bilər. Bunun üçün vətəndaş xüsusi olaraq ayrılmış guşəyə kitabını qoya, əvəzində isə təqdim olunan kitablardan götürə bilər.Məqsəd ədəbiyyata və bədii qiraətə marağı artırmaqdır.