ASAN Xidməti daha yaxından tanıyaq

ASAN Xidməti daha yaxından tanıyaq
Bütün Xəbərlər
14:55 25.01.2013
1546

Mehdi MəmmədliASAN xidmət mərkəzinin vətəndaş-məmur münasibətlərindəki tənzimləyici rola malik olması əsas etibari ilə səmərəli dövlət idarəçiliyində yenilikçi mexanizmlərinin tətbiqi imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə öz növbəsində ümumvətəndaş məmnuniyyətinə və rifahına nail olunmasında əsas perspektivə çevrilir

“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.ASAN xidmət mərkəzləri ölkəmizdə açıq hökümətin formalaşdırılması istiqamətində atılan növbəti addımların real nəticəsi olaraq özünü doğrultmaqdadır. ASAN xidmət mərkəzinin vətəndaşların istifadəsinə verilməsi korrupsiyaya, məmur fəaliyyətsizliyi və itaətsizliyinə qarşı mübarizədə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur.

ASAN xidmət mərkəzinin vətəndaş-məmur münasibətlərindəki tənzimləyici rola malik olması əsas etibari ilə səmərəli dövlət idarəçiliyində yenilikçi mexanizmlərinin tətbiqi imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə öz növbəsində ümumvətəndaş məmnuniyyətinə və rifahına nail olunmasında əsas perspektivə çevrilir.

15 yanvar 2013-cü il tarixindən vətəndaşlara xidmət göstərməyə başlayan ASAN xidmət mərkəzi qısa zaman kəsiyində 1500-dən artıq vətəndaşın müraciətini qəbul etmiş və öz fəaliyyətinə uyğun şəkildə vətəndaş maraqlarının realizəsinə yönəlmiş prosedurlar həyata keçirmişdir.

Tamamilə korrupsiya hallarından, kağız bürokratiyasından, süründürməçilik hallarından uzaq şəkildə ASAN xidmət mərkəzi vətəndaş rifahını ali məqsədə çevirərək öz fəaliyyətdə tam, hərtərəfli, yaxın və uzaq gələcəyə istiqamətlənmiş şəkildə fəaliyyət prinsiplərinə söykənir.

Vətəndaş maraqlarından irəli gələn təşəbbüs və təkliflərin dəstəklənməsi,vətəndaş-məmur münasibətlərinin hüquqi tənzimlənməsi, vətəndaşlara hüquqi dəstəyin və yardımın göstərilməsi ASAN xidmət mərkəzinin fəaliyyətində prioritet hədəfə çevrilmişdir.

ASAN xidmət mərkəzinin yaradılması Azərbaycanda hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, insan hüquqlarının ən yüksək səviyyədə təminatı istiqamətində həyata keçirilmiş müstəsna addımdır. Bugün ASAN xidmət təsisatının mövcudluğu Azərbaycanın vahid dünya hüquq məkanına inteqrasiyası prosesində sürətləndirici amil rolunu oynayır.

OXŞAR XƏBƏRLƏR