'Aşıq Şəmşir' Mədəniyyət Ocağı soyqırımı xocalılarla birlikdə andı

Bütün Xəbərlər
00:42 25.02.2012
1581

“Aşıq Şəmşir” Mədəniyyət Ocağısoyqırımı xocalılarla birlikdə andı

“Aşıq Şəmşir “Mədəniyyət Ocağı İctimai Birliyi fevral ayının 23-ü Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Xocalını unutmayaq” adlı təntənəli anım tədbiri keçirib.

AZXEBER.COM-un məlumatına görıə, daim xalqın, ölkənin həyatında baş vermiş tarixi, önəmli hadisələrə qayğıkeş, vətənpərvər münasibət bəsləyən Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyi və kollektivi həmişə olduğu kimi bu dəfə də Xocalı soyqırımını hadisədən zərərçəkmiş Xocalı sakinləri, ailələri qanlı gecənin şahidləri, gənclər, ictimaiyyət nümayəndələri ilə birgə andı.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin nümayəndəsi Həbib Misirov Xocalı hadisələrini bəşər tarixində insanlıq əleyhinə törədilmiş cinayətlərin ən ağırı və dözülməzi kimi qiymətləndirib. Həbib Misirov bildirib ki; “Xocalı soyqırımı erməni şovinist-millətçiləri tərəfindən iki yüz ilə yaxın bir müddətdə azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Miqyasına və dəhşətləriniə görə dünya tarixində analoquna rastlanmayan Xocalı qətliamı təcavüzkar ermənilərin iyrənc millətçi ideoloji siyasətlərinin tərkib hissəsidir.”

İctimai birliyin nümayəndəsi onu da bildirib ki, Xocalı hadisələrinə hüquqi qiymət verilməsi, bu dəhşətli olayların soyqırımı faktı, ümumxalq huzn gunu kimi qəbul olunması məhz Ümumilli lider Heydər Əliyevin səyi sayəsində mümkünləşmişdir. Və bu gün də Xocalı soyqırımına dunya miqyasında hüquqi qiymətin verilməsi, Qarabağ məsələsinin həlli Ulu Öndərin davamçısı ölkə başçısı İlham Əliyevin siyasətində qətiyyətli mövqe ilə beynəlxalq miqyasda daim dönməz iradi tələb kimi başlıca siyasi preoritet olduğunu birliyin nümayəndəsi qeyd ermişdir.

Həbib Misirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirləri də erməni cinayətkarlığının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını xüsusi bildirib.

Daha sonra tədbirdə çıxış edən istedadlı, tanınmış şairə Zərəngiz Dəmirçi soyqırım haqqında düşüncələrini bədii-poetik dillə müəllifi olduğu təsirli şeirlərlə çatdırıb. O, xalqımızın başına gətirilmiş dəhşətli hadisələri hazırkı gəncliyin dərindən öyrənib, mənimsəməsəyərk, tarixi yaddaşımızın bu qanlı səhifəsinin gələcək nəsillərə çatdırılması işində vacib olduğunu deyib. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Nadir Rəşidov o qanlı gecənin xocalıların həyatinda saldığı silinməz izlərdən danışdı.

İcra nümayəndəsi bütün bəşəriyyətin üzərində qara ləkə kimi qalmaqda olan bu insanlığa yaraşmayan əməlin sahiblərini əsl Azərbaycanlı xalqınınn yüksək milli mədəni xususiyyətlərinə xas şəkildə cəzalandırmağı, təcavüzkarın uzun iller xalqımıza tətbiq etdiyi üsullara adekvat cavabla yox, Azərbaycanınn nail olduğu hazırki tərəqqi, inkişaf sayəsində yeni dunya nizamının tələbi, intellektual, informativ üsullarla düşmənə layiqli cavabı verməyin tərəfdarı olduğunu söyləyib. Ziyalıların geniş yer aldığı tədbirdə araşdırmaçı-jurnalist, yazıçı-publisist Məhəmməd Nərimanoğlu da çıxış edərək türkün qanına yerik yeriyən erməni daşnaklarını hələ də ədalət qarşısına çıxarılmadığına, qırğına, işgəncələrə, zülümlərə, məhrumiyyətlərə məruz qalan azərbaycanlıların, türk xalqının harayına beynəlxalq aləmin səssiz qalmasından narahatlıq duyduğunu ifadə edib. Bu vəhşiliyə son qoyulmasının, ədalətin bərqərar olmasını türk xalqının birlik, bərabərlik içərisində yaşanacağına diqqəti çəkib. Tədbirdə digər Xocalı sakinləri, soyqırımdan zərər çəkmiş şəxslər də çıxış etdilər. Sonra Kəlbəcər məktəblilərinin ifasında Xocalı faciəsinin acılarını bədii obrazda əks etdirən duyğulu şeirlər səsləndirildi. Tədbirdə Xocalı dəhşətlərindən bəhs edən film də nümayiş olundu.

ELDAR İbrahimoğlu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"