Aşıqlar cəbhə bölgəsində qəzaya düşdülər - Yaralılar var

Aşıqlar cəbhə bölgəsində qəzaya düşdülər - Yaralılar var
Bütün Xəbərlər
18:03 03.08.2015
1661
Avqustun 2-də Azərbaycanın bir qrup mədəniyyət işçisi cəbhə xəttində hərbi xidmətdə olan əsgərlər üçün konsert verməyə gedərkən Kürdəmir rayonu ərazisində avtomobil qəzasına uğrayıblar.Hadisə zamanı Dirili Qurbani Məclisinin üzvlərindən 5 nəfər xəsarət alıb. Onlardan 4-ünün vəziyyətinin yüngül, aşıq Dərya Mərdanzadənin isə ağır olduğu bildirilir.Dərya Mərdanzadənin əmisi Allahverdi MəmmədəliyevAzNews.az-a açıqlamasında bildirib ki, aşıqlar cəbhə bölgəsinə könüllü olaraq yollanıblar:“Hərbçilər üçün konsert verməyə gedirlərmiş. Yolda maşın qəzaya uğrayıb. Dəryanın vəziyyəti ağırdır. Hazırda o, Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasında baş-beyin nahiyəsindən əməliyyat olunur. Həkimlər hələ bir söz demir, əməliyyatdan sonra qərar veriləcək”.A.Məmmədəliyev deyib ki, hadisə avqustun 2-də baş versə də, bu saata kimi Azərbaycan Aşıqlar Birliyindən olayla bağlı maraqlanan olmayıb:“Gülarə Azaflı, Telli Borçalı və onlarla aşıq dünəndən bizimlə bərabər xəstəxanadadır. Amma Aşıqlar Birliyinin rəsmi nümayəndəsini görməmişik”.A.Məmmədəliyev onu da vurğulayıb ki, Dərya Mərdanzadənin beyin əməliyyatı ailəsinin hesabına aparılır:“Hələ ki, bütün xərclər ailənin öz üzərindədir”.///aznews.az
OXŞAR XƏBƏRLƏR