Ağstafada şagirdlərin müəllim tərəfindən döyülməsi faktına rəsmi münasibət bildirildi

Ağstafada şagirdlərin müəllim tərəfindən döyülməsi faktına rəsmi münasibət bildirildi
Bütün Xəbərlər
17:03 30.11.2012
1942

Ağstafa rayon təhsil şöbəsinin müdiri Fərhad Vəliyev https://www.youtube.com saytında məktəblərin birində müəllim tərəfindən şagirdlərin vəhşicəsinə döyülməsi ilə bağlı yerləşdirilən videoya münasibət bildirib. Qeyd edək ki, saytda bu videonun Ağstafada baş verdiyi bildirilib.

Fərhad Vəliyev Trend-ə verdiyi açıqlamasında bu faktı təkzib edib. O, bu hadisənin Ağstafada baş verməsi ilə bağlı yayılan məlumatları həqiqətə uyğun saymayıb.

"O gün Tovuza gedəndə bu hadisənin Tovuzda baş verdiyini eşitdim. Yəni hansı rayona gedirsənsə, onun burada baş verdiyi bildirilir", - Vəliyev deyib.

O qeyd edib ki, şagirdlərin Ağstafa şəhər 1 saylı məktəbin təşkilatçı müəllimi Vəlizadə Ramazan Vəli oğlu tərəfindən döyüldüyü iddia edilir. Bunu doğru saymayan şöbə müdiri deyib ki, həmin müəllim belə hadisənin baş vermədiyini bildirib.

Ramazan Vəlizadəni olduqca yaxşı müəllim hesab edən Vəliyevin sözlərinə görə, hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar zamanı bu fakt təsdiqlənməyib.

OXŞAR XƏBƏRLƏR