Astara 20 yaşlı gənc həmkəndlisini bıçaqladı

Astara 20 yaşlı gənc həmkəndlisini bıçaqladı
Bütün Xəbərlər
20:42 09.01.2013
1185

Azərbaycanın Astara rayonunda bıçaqlanma hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, hadisə yanvarın 9-da rayonun Ərçivan kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Yaqub İbrahim oğlu Feyziyev şəxsi münaqişə zəminində yaxın dostu, həmkəndlisi və həmyaşıdı olan İbrahim Elşən oğlu Fətullayevi bıçaqlayıb. İ.Fətullayev döş qəfəsinin sol yarısının yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törətmiş Y.Feyziyev isə polis tərəfindən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.//APA

OXŞAR XƏBƏRLƏR