Astara bazarın yanması ilə bağlı rəsmi məlumat

Astara bazarın yanması ilə bağlı rəsmi məlumat
Bütün Xəbərlər
20:00 17.02.2014
851
Fövqəladə Hallar Nazirliyi Astara şəhərindəki mərkəzi bazarda yanğınla bağlı məlumat yayıb. 
AZXEBER.COM nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin“112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Astara şəhərindəki mərkəzi bazarda yanğın hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.Qeyd edək ki, əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR