“Aşura günü” ilə bağlı qanvermə aksiyaları 13 məsciddə keçiriləcək

“Aşura günü” ilə bağlı qanvermə aksiyaları 13 məsciddə keçiriləcək
Bütün Xəbərlər
22:35 05.12.2011
1778
Sabah “Aşura günü” ilə əlaqədar ölkə ərazisindəki bir sıra məscidlərdə qan vermə aksiyaları təşkil olunacaq. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, qan vermə aksiyaları paytaxtın “Təzəpir”, “Hacı Sultan”, “Bibi Heybət”, “Cümə”, “Keşlə”, “Mirmövsüm Ağa” pirində, həmcinin Sumqayıt şəhərindəki “Cümə”, Gəncədəki “İmamzadə”, Mingəçevirdəki “Heydər”, Şəkidəki “Böyük Bazar”, Bərdə “Cümə” məscidində keçiriləcək. “Aşura günü” ilə bağlı mərasimlərdə təyin edilmiş bu 13 məsciddə təşkil keçiriləcək. Başqa ərazilərdə yerləşən məscidlərdə mərasimlərin keçirilməsinə icazə verilməyəcək”. Qeyd edək ki, “Aşura günü” ilə əlaqədar əlaqəli qurumlar hazırlıq vəziyyətinə gətirilib. Sabah Səhiyyə Nazirliyinin xüsusi briqadaları aksiya keçiriləcək 13 məscidin qarşısında qan verən könüllülərdən qan götürmək üçün məscidlərin qarşısında növbə çəkəcəklər. “Aşura günü” ilə əlaqədar olaraq yol polisi də xüsusi rejimdə işləyəcək. Təhlükəsizliyin təmin olunması məqsədi ilə yollarda əlavə polis qüvvəsi cəlb ediləcək. Yol polis İdarəsindən verilən məlumata görə, sabah polis işcilləri gücləndirilmiş iş rejimində işləyəcəklər.
OXŞAR XƏBƏRLƏR