ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycan Mətbuat Şurasında olub - FOTO

GƏNCLİK
17:08 10.05.2011
2175

MŞ-dan AZXEBER.COM-a verilən məlumata görə, görüşdə Azərbaycanda söz və mətbuat azadlığı sahəsində duruma, Şuranın ATƏT-in Bakı ofisi ilə birgə əməkdaşlığına dair fikir mübadilələri aparılıb.

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, rəhbəri olduğu qurum yarandığı gündən ölkədə söz və mətbuat azadlığı ilə bağlı prosesləri diqqətdə saxlayır. "Şuranın əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən, mövcud sahədə meydana çıxan çətinliklərin aradan qaldırılmasına kömək göstərməkdən ibarətdir. Başlıca fəaliyyətimiz cəmiyyət üzvlərinin kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərinin araşdırılmasından ibarətdir. Bununla yanaşı, medianın inkişafına yönələn təşəbbüslərlə çıxış edirik", - o vurğulayıb.

Diffamasiya ilə bağlı məsələnin müzakirəsində Amaşov bildirib ki, MŞ-nin məsələ ilə əlaqədar ATƏT-in Bakı ofisi ilə birgə layihəsi müsbət nəticələrini verməkdədir. O, layihənin ilk istiqamətinin uğurla yekunlaşdığını və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın təkmilləşdirildiyini diqqətə çatdırıb. "Diffamasiya təşəbbüsləri ilə jurnalistlərin peşə davranışı qaydalarının yeni variantının hazırlanmasını eyni müstəvidə dəyərləndirdik. Çünki diffamasiya mühiti məsuliyyət tələb edir. Məsuliyyətin jurnalistlər tərəfindən dərki isə peşə davranışı qaydalarına riayətdən keçir", - deyən MŞ sədri diqqəti diffamasiya ilə bağlı qanun layihəsinin hazırlandığına yönəldib və bu istiqamətdəki müzakirələrə start verildiyini bildirib.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Miyatoviç Azərbaycanın ATƏT-lə əməkdaşlığında medianı önəmli faktor kimi önə çəkib. O, təmsil olunduğu qurumun ölkəmizdə söz və mətbuat azadlığına dair vəziyyəti daim diqqətdə saxladığını deyib. Bu baxımdan Mətbuat Şurasının fəaliyyətinə toxunan qonaq Şuraya etimadın mövcudluğunu vacib məqam kimi önə çəkib. O, MŞ-nin ATƏT-in Bakı ofisi ilə birgə layihəsinin uğurlarına da toxunaraq diffamasiya ilə bağlı qanun layihəsi ilə tanış olduğunu bildirib.

"Mən bu qanunun qəbulu üçün göstərdiyiniz səylərə görə təşəkkürümü bildirirəm. İyunda ATƏT-in Daimi Şurasının iclasında hesabatla çıxış edəcəyəm və bütün bunlar barədə məlumat verəcəyəm. Əlbəttə, həmin vaxtadək diffamasiya haqqında qanun qəbul edilsəydi, daha yaxşı olardı. Ümid edirəm ki, Azərbaycana növbəti gəlişimdə bu qanun artıq qəbul ediləcək", - o əlavə edib.

Amaşov məlumat verib ki, diffamasiya ilə bağlı qanundan irəli gələrək Azərğaycanın bir çox qanunvericik aktlarına dəyişiklər labüddür və buna görə də məsələnin müxtəlif intansiyalarda daha ətraflı şəkildə müzakirəsinə ehtiyac duyulur.

Görüşdə Azərbaycan Mətbuat Şurasının iş prinsipləri də təhlil olunub. Miyatoviç medianın özünütənzimləməsi sahəsində ATƏT-in Şuraya hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Metbuat_Shurasi_OSCE_100511_1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Metbuat_Shurasi_OSCE_100511_2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Metbuat_Shurasi_OSCE_100511_3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Metbuat_Shurasi_OSCE_100511_5{jcomments off}

OXŞAR XƏBƏRLƏR