Ata qızını və onun dostlarını güllələdi

Ata qızını və onun dostlarını güllələdi
Bütün Xəbərlər
00:04 22.03.2012
2742
Türkiyədə kişi qızını və onun dostlarını güllələyib. 
Türkiyənin Gültəpə kəndində 50 yaşlı Tahsin Y. küçədə qızı 24 yaşlı Tuğba Y. və onunla bir ildir dostluq edən 26 yaşlı Ali Ülken, həmçinin onlarla bərabər olan 52 yaşlı Karacabey Yahşinə odlu silahdan atəş açıb.Hadisə nəticəsində başından güllə yarası alan Ali Ülken yerindəcə ölüb. Tuğba isə ağır yaralanıb. Açılan atəş nəticəsində Karacabey də ayağından güllə yarası alıb. Hər iki yaralı xəstəxanaya yerləşdiriliblər.Hadisə yerindən qaçan Tahsin Y. sonradan polis tərəfindən saxlanılıb.(anspress)
OXŞAR XƏBƏRLƏR