Daxili İşlər Nazirliyi ata və oğulu bıçaqlayan şəs barəsində məlumat yayıb.
AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 10-da Lənkəran rayonu Vilvan kəndinin ərazisində kənd sakini Mahir Məmmədov münaqişə zəminində bıçaqla həmkəndliləri Şəmsəddin Bayramova və onun oğlu Nurəliyə xəsarət yetirib.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov tutulub.