"Atamın mahnılarını oxumaq istəyənlər məndən icazə almalıdır" - Yalçın Rzazadənin oğlu

"Atamın mahnılarını oxumaq istəyənlər məndən icazə almalıdır" - Yalçın Rzazadənin oğlu
MƏDƏNİYYƏT
18:46 19.04.2021
929
"Özünüz də bilirsiniz ki, Yalçın müəllim çox mülayim bir insan idi. Mahnılarını icazəsiz oxuyanda deyim ki, rahat reaksiya verirdi, xeyr! Çünki ən azından bu günki gün cavan müğənnilər mahnını oxuyur, çox savadsız davranırlar, heç bilmirlər ki, mahnının sözlərini kim yazıb, kim bəstələyib! Bu bir yana qalsın, mahnının ilk ifaçısını da tanımırlar. O ki, qaldı Yalçın müəllimin mahnılarına. Mən  sizin vasitənizlə açıq-aydın elan edirəm ki, bu gündən Yalçın müəllimin mahnılarını oxumaq istəyən ifaçılar onun ailəsindən, yeri gəlsə şəxsən məndən icazə almalıdır. Mənə elə gəlir ki, buna haqqım da çatır. Yalçın müəllimin mahnılarını bundan sonra özüm oxuyacam". 

AZXEBER.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadə deyib. 
 
"Müğənni Çinarə Məlikzadə Yalçın müəllimin "İncə bellim" mahnısının sözlərini dəyişərək hələ onun sağlığında "Azərbaycan" adı ilə oxudu. Mahnını oxuyarkən Yalçın müəllimdən icazə almışdı?" sualına müğənninin oğlu bu cür cavab verib.
 
"Sözün düzü, həqiqətən də mən o xanımı tanımıram, amma oxuduğu mahnını radiolarda eşitmişəm. Xanımın adını ilk dəfədir eşidirəm, bu ifaçı Yalçın müəllimdən icazə almayıb. Bu Yalçın müəllimə, bizim ailəmizə qarşı böyük hörmətsizlikdir, mahnını oxumusan, icazə almamısan bu bir tərəfə, sən o boyda əsərin götürüb sözlərini dəyişmisən! Azərbaycanımız haqqında mahnı çox oxunub, bu bizim dövlətimizdir, borcumuzdur ki, ölkəmiz haqqında mahnılar oxuyaq. Min dənə mahnı bəstələmək olardı bu mövzu ilə bağlı, niyə məhz bu möhtəşəm əsəri götürüb pis günə salırsız? Bu hörmətsizlikdən də o yanadır, təhqirdir. Nə icazə alınıb, nə bir söz deyilib! Bu nə hörmətsizlik, qanacaqsızlıqdır?! Bir çoxu mahnını oxuyanda icazə alıb oxuyur, qaldı ki, mahnının sözlərini götürüb dəyişməyə! Bu yolverilməz səhvdir. Heç oxumağını da bəyənməmişdim! Biyabırçı halda idi, mahnının qolunu-qıçını sındırmışdı, aranjmanı da çox pis edilmişdi. Mən onun oğlu ola-ola hər dəfə mahnılarını oxuyanda Yalçın müəllimdən icazə almışam. Nəinki mən, bizim ailəmizə yaxın olan Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar da hər dəfə atamdan icazə istəyib, mahnılarını oxuyublar. Sənətkara, onun mahnılarına hörmət etmək hər bir sənət adamının borcudur" deyə Mətin Rzazadə deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi