Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - Foto

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - Foto
SOSİAL
09:56 06.07.2026
1004
İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərini bildiriblər.

Belə ki, Ş.İsgəndərovun 2008-ci il təvəllüdlü oğlu Tunar və 2009-cu il təvəllüdlü qızı Fidan bu il orta məktəbi bitiriblər. Onlar iyulun 5-də orta məktəbdən buraxılış imtahanında iştirak etməli imiş. Bu səbəbdən Şərif İsgəndərov ailə üzvlərini yaşadıqları Bərdə rayonundan doğulduğu Ağdamın Xaçındərbənd kəndinə aparıb. Məqsəd isə uşaqların imtahanqabağı istirahətini təşkil etmək, doğma kəndi ziyarət etmək olub.

Bu əsnada onlar kənd ərazisində yerləşən Xaçınçay su anbarının kənarına gəliblər və foto çəkdirməyə başlayıblar. Həmin zaman Şərifin 12 yaşlı oğlu büdrəyərək su anbarına yıxılıb. Atası dərhal lilli su hövzəsinə özünü ataraq övladını xilas edib və onu anbardan qaldıraraq anasına ötürə bilib. Lakin Ş.İsgəndərov yorulduğundan təngnəfəs olub və ətrafı beton örtüklü olan su anbarından çıxa bilməyib. Bunu görən qızı Fidan özünü suya ataraq atasına kömək etməyə çalışıb. Lakin o da istəyinə müvəffəq ola bilməyib. Yaxınlıqda olan Tunar bacısı ilə atasının boğulmaq üzrə olduğunu görərək tez özünü çatdırıb və anbara enib. Lakin o da dibi lillə örtülü olan su hövzəsindən xilas ola bilməyib.

Bildirilir ki, hadisə vaxtı uşaqların anasının səsinə yaxınlıqdakı şəxslər gəlib. Onlar qadının özünü su anbarına atmasına imkan verməyiblər.

Qeyd edək ki, Şərif İsgəndərov uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Onun atası Cəmşəddin İsgəndərov da hüquq-mühafizə orqanlarının əməkdaşı olub və Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Ağdamın müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
20:32 28.10.2026
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
20:27 28.10.2026
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
20:21 28.10.2026
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
20:16 28.10.2026
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
20:12 28.10.2026
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
20:05 28.10.2026
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
20:02 28.10.2026
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
20:00 28.10.2026
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Göygöldə sakinlərlə görüşlər keçirildi - FOTOLAR
19:28 28.10.2026
Göygöldə sakinlərlə görüşlər keçirildi - FOTOLAR
Ədən körfəzində ticarət gəmilərinə xəbərdarlıq
19:20 28.10.2026
Ədən körfəzində ticarət gəmilərinə xəbərdarlıq
AFFA 10 komandaya texniki məğlubiyyət verib
19:08 28.10.2026
AFFA 10 komandaya texniki məğlubiyyət verib
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları baş tuta bilər
18:53 28.10.2026
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları baş tuta bilər
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol
18:42 28.10.2026
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol
"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır
18:26 28.10.2026
"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
18:12 28.10.2026
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
17:52 28.10.2026
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb