Atasını söyən çobanı öldürən qadının cəzası yüngülləşdirildi

KRİMİNAL
13:44 17.10.2013
3040

Şəki Apelyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Şəhla Muxtarovanın məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə Şəhla Muxtarovanın cəzası 1 il müddətinə azaldılıb. O, 7 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhla Muxtarov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edim ki, bu iş üzrə bir müddət əvvəl də apelyasiya məhkəməsi keçirilib. Məhkəmə onda da Şəhla Muxtarovanın cəzasını 1 il müddətinə azaldıb. Lakin prokurorluq həmin qərardan Ali Məhkəməyə şikayət edib. İşə baxan Ali Məhkəmə də cinayət işini yenidən Şəki Apelyasiya Məhkəməsinə göndərib. İttihama görə, ötən ilin may ayının 8-də Yevlax rayonunun Nemətabad kəndi yaxınlığında yerləşən fermanın ərazisində orada çoban işləyən 54 yaşlı Ələddin Məhərrəmovun üzərində xəsarətlər olan meyiti tapılıb. Araşdırma zamanı müəyyən olunub ki, onu çoban yoldaşının arvadı, 31 yaşlı Şəhla Muxtarova qayçı ilə qətlə yetirib. Ş.Muxtarova taxıl sahəsinə girən heyvanları qaytarmağı həmin fermada çobanlıq edən Məhərrəmov Ələddin Məmməd oğlundan xahiş edib. Ələddin Məhərrəmov heyvanları qaytarmaqdan imtina edib, onun mərhum atasının goruna söyüb, həmin səbəbdən də onların aralarında mübahisə baş verib. Ə.Məhərrəmov daha sonra çubuqla Şəhlanı döyməyə başlayıb. Bu zaman Şəhla Muxtarova Məhərrəmov Ələddin Məmməd oğlunun sağ qolunun altında olan qoyun qırxımında istifadə olunan qayçını dartaraq ona soxub.

 

OXŞAR XƏBƏRLƏR