Atasının ölümünə dözməyən gənc canına qıydı

Atasının ölümünə dözməyən gənc canına qıydı
Bütün Xəbərlər
11:15 04.07.2014
1506

Xaçmaz rayonunda intihar faktı qeydə alınıb. 

AZXEBER.COM APA-ya istinadən verdiyi məlumata görə, hadisə Xaçmaz şəhəri, M.Əcəmi küçəsində baş verib.

Bakı şəhər sakini, 18 yaşlı Şərifli Əmrah Rəhman oğlu özünü qonaq gəldiyi dayısının evində asıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Əmrah Şəriflinin atası bu yaxınlarda dünyasını dəyişibmiş. Gəncin də bu səbəbdən depresiyaya düşdüyü bildirilir.

Ehtimal olunur ki, gənc oğlan bu səbəbdən özünü öldürüb. Lakin intiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

OXŞAR XƏBƏRLƏR