ATB sədri Macarıstan prezidentiylə görüşdü

GƏNCLİK
20:09 21.02.2011
2237

15-19 fevral 2011-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində 21-ci Avropa Tələbələr Konvensiyası keçirilib. Konvensiyada ölkəmizi Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Birliyin sosial məsələlər üzrə katibi Nurlan Əhmədov təmsil edib. Konvensiyanın əsas mövzusu “institusional, beynəlxal və milli səviyyədə ali təhsildə tələbə iştirakçılığı üçün imkanlar və problemlər” olub. 

Konvensiyada Avropanın bütün ölkələrindən 100-ə yaxın tələbə iştirak etmişdir. Konvensiyada Azərbaycan Tələbələr Birliyi fəaliyyəti də digər ölkələrdən olan milli tələbə birlikləri tərəfindən yüksək qiymətləndirilib. Əsas olaraq Azərbaycan Tələbələr Birliyinin “Azərbaycanda tələbə hüquqlarının təbliği” adlı layihəsi daha çox bəyənilmiş və Avropa Tələbələr Birliyi tərəfindən digər ölkələrdəki tələbə birliklərinə tövsiyyə olunub.

Konvensiyanın sonuncu günü Macarıstan prezidenti cənab Schmitt Pál tərəfindən hər bir ölkənin tələbə liderləri qəbul edilib. Macarıstan prezidenti ilə keçirilən görüşdə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov iştirak edib. Prezident tələbə liderlərinə öz işlərində müvəfəqiyyətlər arzulamış, onların gələcəkdə həm öz ölkələri, həm də Avropa üçün çox böyük işlər edə biləcəklərinə əmin olduğunu bildirmişdir. Daha sonra cənab Schmitt Pál hər bir ölkənin tələbə liderləri ilə ayrılıqda maraqlanmış və onlarla söhbət edib. 

Konvensiyanın sonuncu günü Budapeşt Deklarasiyası qəbul edilib.

OXŞAR XƏBƏRLƏR