ATGTİ tələbələr üçün fövqəladə hallarla bağlı təlim keçirdi (FOTO)

GƏNCLİK
12:22 25.05.2011
2114

İttifaqın mətbuat xidmətinin rəhbəri Məcid Musayevin AZXEBER.COM-a verdiyi məlumata görə, iki hissədən ibarət olan təlimdə ATGTİ-nin sədri Şahin İsmayilov, FHN-nin Bakı Regional Mərkəz rəisinin birinci müavini Kamil Bağırov, ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov və xeyli sayda tələbə iştirak edib.

Konfransda çıxış edən rəsmilər bu cür təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Konfransın davamında FHN rəsmiləri işlədikləri qurumun fəaliyyətini və strukturunu özündə əks etdirən 2 video-çarx nümayiş etdirib.

Təlimin sonunda tələbələrə yanğınsöndürmə, hündürlükdəntullanma, sudaboğulma zamanı göstərilən ilkin tibbi yardım kimi mövzularda səhnələr göstərilib. Növbəti tədris ilindən etibarən bu cür təlim kurslarının digər ali təhsil ocaqlarında da keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR