ATGTI: “Səhralaşmaya inad, yaşasın həyat”

GƏNCLİK
07:58 18.06.2011
1979
Bu problemə cəmiyyətin diqqətini cəlb etmək, onu qabartmaq məqsədilə ATGTİ-nin Ekologiya işçi qrupu bu təşəbbüslə çıxış etmişdir.

Aksiya çərçivəsində 20-dən çox gənc iki qrupa bölünərək, şəhərin iki müxtəlif istiqamətində hərəkət edib, əllərində səhralaşmaya qarşı mübarizəyə səsləyən banerlərlə şəhər sakinlərinə səhralaşma ilə bağlı hazırlanmış xüsusi məlumat bukletləri paylamışlar. Bu aksiya ilə gənclər şəhər sakinlərinə mövzu ilə bağlı məlumatların ötürülməsinə nail olmuşlar.

Birinci qrup “Park Bulvar” Ticarət Mərkəzinin qarşısından “Xaqani” Ticarət Mərkəzinə doğru, ikinci qrup isə Filarmoniya bağından “Azərbaycan” Kinoteatrının qarşısına doğru hərəkət etmişdir. Şəhər sakinlərinin marağına səbəb olan aksiya çərçivəsində gənclər bir çox buklet verilmiş insanların suallarını cavablandırdılar.

OXŞAR XƏBƏRLƏR