ATGTİ Beynəlxalq təşkilatın təqdimatını keçirdi

GƏNCLİK
13:08 09.09.2011
1789

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirir.

Təşkilatdan AZXEBER.COM-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində dünən – 2011-ci il 8 sentyabrda ATGTİ-nin qərargahında mərkəzi Çexiya Respublikasının paytaxtı Praqa şəhərində yerləşən “Youth Time” beynəlxalq gənclər hərəkatının təqdimatı keçirildi. Təqdimatın əsas məqsədi Azərbaycan gənclərini “Youth Time”ın fəaliyyəti ilə tanış etmək, gələcəkdə təşkilatlarımız arasında birgə layihələrin həyata keçirilməsi üçün müəyyən təkliflər paketinin müzakirə edilməsindən ibarət idi.

ATGTİ-nin Beynəlxalq əlaqələr departamentinin direktoru Rəna İbrahimovanın keçirdiyi təqdimatda gənclərə “Youth Time” beynəlxalq gənclər hərəkatının yaranma tarixi haqda məlumat verilidi, hərəkatın layihələrini əks etdirən video-çarxlar və jurnallar nümayiş edildi. Daha sonra dünya ictimaiyyətinin əsas diqqət mərkəzində olan sivilizasiyalar arası dialoq məsələsi müzakirə edildi. R.İbrahimova bildirdi ki, son illər ərzində müxtəlif ölkələrdə dəfələrlə bu mövzuda müzakirələr aparılmış, beynəlxalq tədbirlər keçirilmişdir.

Sonda R.İbrahimova təqdimat iştirakçılarının suallarını cavablandıraraq, onları ölkənin ictimai həyatında aktiv olmağa çağırdı.

Qeyd edək ki, “Youth Time” beynəlxalq gəcnlər hərəkatı – müxtəlif ölkələrin gənclər nümayəndələri tərəfindən birgə inkişaf modelinin müəyyən edilməsi məqsədilə təsis olunmuş müstəqil, qeyri-hökumət, qeyri-kommersiya, qeyri-siyasi təşkilatdır. Təşkilatın fəaliyyət istiqamətinə müxtəlif sahələrdə layihələrin reallaşdırılması, nəsillərarası dialoqun yaradılması, gənclərin aktiv şəkildə ictimai fəaliyyətə cəlb olunması daxildir.

OXŞAR XƏBƏRLƏR