ATGTİ-nin təqdimatları davam edir

GƏNCLİK
23:00 11.11.2011
1860

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) paytaxtın ali təhsil müəssisələrində təşkilat haqda geniş təqdimatların keçiriklməsini davam etdirir.

ATGTİ-dən AZXEBER.COM-a verilən məlumata görə, bu məqsədlə İttifaqın Tələbə Gənclər Təşkilatları (TGT) ilə iş departamentinin əməkdaşları 2011-ci il noyabrın 10-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ATGTİ-nin növbəti təqdimatını reallaşdırdılar.

Təqdimat zamanı 50-dən çox gəncin qarşısında çıxış edən TGT-lərlə iş departamentinin direktoru Şəmsi Gülverdiyev onlara İttifaq haqda ətraflı məlumat verərək, təşkilatın həyata keçirdiyi uzunmüddətli layihə və tədbirlər haqqında danışdı.

Təqdimatın davamında tədbir iştirakçılarına ATGTİ-nin ümumi fəaliyyətini özündə əks etdirən video-çarx və İttifaqın ən böyük layihələrindən olan yay və qış “Liderlik Məktəb”lərinin filmləri nümayiş etdirildi.

Sonda bütün tədbir iştirakçılarına ATGTİ-nin məlumat kitabçaları, bukletləri və təşkilatın xüsusi mətbu orqanı olan “Böyük Tənəffüs” qəzeti paylandı.

OXŞAR XƏBƏRLƏR