ATV və "Xəzər TV"nin qarşısında etiraz aksiyası keçirildi

ATV və "Xəzər TV"nin qarşısında etiraz aksiyası keçirildi
Bütün Xəbərlər
13:03 04.11.2011
2277
“Kamran B.Ə” MMC mənzil-tikinti şirkətinin aldatdığı müştərilər dünən paytaxtın müxtəlif yerlərində etiraz aksiyası keçirdilər. Şirkətin müştəriləri ilk aksiyanı saat 12:00-da ATV telekanalının önündə başladılar. Aldadılmış payçılar telekanaldan şirkəti təbliğ edən video-çarxın yayımlanmasına etirazlarını ifadə edtilər. ATV rəhbərliyi vətəndaşları qəbul edərək onlara efir vaxtı ayırmağa hazır olduğunu bildirdi. Telelanalaın qarşısında polis aksiyanı dağıtdı Aldadılmış vətəndaşlarin ikinci aksiyası saat 14:00-da “Xəzər TV”-nin qarşısında oldu. Payçılar bu kanalda da “Şərur” tikinti şirkətinin reklam olunmasına etiraz etdilər. Etirazçıların qarşısına çıxan “Xəzər TV”-nin rəhbərliyi telekanalda şirkətlə bağlı hər hansı reklam yayımının olmadığını bildirdi. Amma telekanal müştərilərin problemini efirə vermək üçün çəkiliş aparmadı. Əraziyə gətirilən polis qüvvələri etiraz aksiyasını dağıdıb, dövlət başçısı İlham Əliyevin və Heydər Əliyevin portretlərini onlardan alıb. Polis həmçinin media mənsublarına peşə fəaliyyətini həyata keçirməyə maneçilik törədilib. Hadisə yerinə olan Turan-ın fotoreportyoru Etimad Budaqov təzyiqlərə məruz qalıb. İdarə rəisi İsfəndiyar Axundova təsir edəcəklərini bildirdi Sonra vətəndaşlar müştərilərin aldadılması üzrə işin təhqiqatını aparan baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin binası qarşısında aksiyanı davam etdirdilər. Aksiyaçıların bir qrupunu həmin idarənin rəisi Kamran Əliyev qəbul edib. “Qəbulda rəislə yanaşı onun müavinləri və “Kamran B.Ə” şirkəti ilə bağlı cinayət işini aparan müstəntiq Valeh Quliyev də var idi. «İsfəndiyar Axundov caamatı məhkəmi ilə hədələyir. O, bu fırıldaqdan kənarda qalmaq istəyir və qalacaq da. Bu bizi məcbur etdi ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edək»deyə şikayətçilərdən biri «Bizim Yol»qəzetinə bildirib. Qəbulda İsfəndiyar Axundovun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edildi. Aldadılmış payçılar həmçinin Axundovun şirkətinin tikdiyi mənzillərin televiziyada reklamına qadağa qoyulmasını istəyiblər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirdi ki, aldadılmış payçıların ya ev təmin edilməsi, ya da pullarının qaytarılması tələb edilib; “İdarə rəisi vəd verdi ki, bu işlə bağlı həl olunmamış məsələ, narazı vətəndaş qalmayacaq. Kim mənzil istəyirsə ona mənzil, istəmirsə pul veriləcək. Kamran Vəliyev bildirdi ki, İsfəndiyar Axundov vətəndaşların probleminin razı salmağa məcbur ediləcək”.
OXŞAR XƏBƏRLƏR