Avqustda Vergilər Nazirliyinə 17577 müraciət daxil olub

Avqustda Vergilər Nazirliyinə 17577 müraciət daxil olub
Bütün Xəbərlər
09:23 12.09.2012
1041
Bu ilin avqust ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 17577 müraciət daxil olub.
Nazirliyin Analiktik-informasiya şöbəsindən verilən məlumata görə, bu müraciətlərin 8 355-i müfəttiş-operatorlar tərəfindən canlı rejimdə, 9222-si elektron operator tərəfindən avtomatik rejimdə cavablandırılıb.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olan müraciətlər sırasında elektron xidmətlərlə (22,1%), qeydiyyat prosesi (16,5%), vergi növləri (16,5%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (9,2%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (7,2%), hesabatlar və onların doldurulma qaydaları barədə (4,4%) məlumatların əldə edilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.
Hesabat dövründə sual xarakterli müraciətlərin 98,9%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılıb, 1,1%-i barədə isə müvafiq araşdırılma aparılması üçün sual vərəqəsi tərtib edilib. 72 müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilib.
Avqust ayında Telefon Məlumat Xidməti tərəfindən vergi ödəyicilərinə 23831 SMS göndərilib, ikitərəfli SMS xidməti istifadəyə verilib.
OXŞAR XƏBƏRLƏR