Avropa İttifaqi rəsmisi Azərbaycandan üzr istədi

Avropa İttifaqi rəsmisi Azərbaycandan üzr istədi
Bütün Xəbərlər
16:58 22.06.2011
1794

Bəlli olduğu kimi bu gün Brüsseldə prezident İlham Əliyevlə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun görüşü keçirilib. Həmin görüşdə Azərbaycan bayrağı düzgün asılmamışdı. Məsələ ilə bağlı ANS-ə açıqlama verən prezidentin mətbuat katibi Azər Qasımov bildirib ki, Avropa İttifaqının rəsmi nümayəndəsi bayrağın düzgün qoyulmamasını texniki səhv adlandırıb və Azərbaycan tərəfindən üzr istəyib.

Xatırladaq ki, prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirir. Azərbaycan prezidenti Aİ Şurasının sədri German van Rompey, Avropa Parlamentinin sədri Yerji Buzek və Aİ-nin genişlənmə, Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşü nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR