"Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur"

SİYASƏT
12:16 24.09.2020
199
"Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Ümidvaram ki, yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək. Əlbəttə ki, pandemiya ilə əlaqədar vəziyyət bizim planlarımıza müdaxilə etdi. Bizdə bir neçə ay davam edən karantin rejimi tətbiq olundu. Buna görə bizim heç bir fəal, fiziki təmaslarımız olmadı. Lakin faktiki olaraq əməkdaşlıq davam edir. Buna görə də əminəm ki, bizdə yeni əməkdaşlıq formatı olacaq".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin etimadnaməsini qəbul edərkən deyib.

"Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalayıb. Bu da əməkdaşlığın səviyyəsini nümayiş etdirir. İki il öncə biz tərəfdaşlığın prioritetləri üzrə sənədi də imzaladıq. Bu da bizim əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz çox məmnunuq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən dəstəklənib. Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə çox haqlı və ədalətli yanaşmanın olduqca mühüm əlamətidir. İkitərəfli əlaqələrimizə gəlincə, əlbəttə ki, biz onların daha fəal olmasını görmək istəyirik. Mən əminəm ki, səfirlərin fəaliyyəti sayəsində bu imkan yaranacaq. Mən sizə ölkəmizdə xoş vaxt keçirməyi və fəal iş arzu edirəm", dövlət başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:20 30.10.2020

Kamran Əliyev: “Ermənilərin bizim mülki əhaliyə hücumları Ordumuzun uğurları ilə əlaqədardır”

22:18 30.10.2020

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 438-ə çatıb

21:54 30.10.2020

Hikmət Hacıyev: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir"

21:48 30.10.2020

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

21:36 30.10.2020

Baş Prokuror: “Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir”

21:27 30.10.2020

Cəbrayıldan yeni - Fotolar

21:19 30.10.2020

Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

20:59 30.10.2020

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

20:51 30.10.2020

Koronavirusa yoluxan Koçaryanın Moskva səfəri alınmadı

20:46 30.10.2020

Azərbaycan Prezidenti Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib

20:27 30.10.2020

Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

20:22 30.10.2020

Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO

20:18 30.10.2020

İlham Əliyev: "Zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazırıq"

20:02 30.10.2020

Anar Eyvazov: "Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimiz altındadır"

19:53 30.10.2020

Almaniyanın DW nəşrinin müxbiri Mnatsakanyana: “Regionda təxribatlarla məşğul olduğunuzu etiraf edirsinizmi?”

19:33 30.10.2020

İzmirdə ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb