Avropanın 21 ölkəsini təmsil edən gənclər Ağdama səfər ediblər - FOTOLAR

Avropanın 21 ölkəsini təmsil edən gənclər Ağdama səfər ediblər - FOTOLAR
GƏNCLİK
22:52 08.11.2021
5527
"Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forum çərçivəsində Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər və fəal gənc ekspertlər Ağdam şəhərinə səfər ediblər.

Səfər çərçivəsində Avropalı nümayəndələr Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini müşahidə edərək, Ağdam şəhərinin tarixi və mədəni irsinə qarşı törədilmiş cinayətin canlı şahidi olub, gördükləri mənzərə qarşısında dəhşətə gəldiklərini dilə gətiriblər.

Səfər zamanı nümayəndələr həmçinin işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud  vəziyyətlə tanış olub,  Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri haqqında məlumat əldə edib, Ağdamın Baş Planı ilə tanış olublar.

Qonaqlar Qarabağ torpağının ölkəmiz üçün hansı əhəmiyyəti olduğunu dilə gətirib, bundan sonra da haqq səsimizi geniş miqyasda duyurmaq üçün dəstək olacaqlarını bildiriblər.

Nümayəndələrin növbəti gün Gəncə şəhərini ziyarət etməsi,  raket hücumuna məruz qalmış ərazilərə ziyarəti və panel müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, sözügedən Beynəlxalq Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilir.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
19:32 26.07.2026
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
19:18 26.07.2026
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
19:04 26.07.2026
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
17:29 26.07.2026
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM