Avropanın mərkəzində İsrail dronları istehsal olunacaq

Avropanın mərkəzində İsrail dronları istehsal olunacaq
DÜNYA
17:00 09.08.2026
295
Serbiya İsraillə birgə sentyabrın ortalarında pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavod açmağı planlaşdırır.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandar Vuçiç Belqradda Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, zavodun açılış mərasimi təxminən 15-20 sentyabr tarixlərində keçirilə bilər.

Serbiyanın "Srpske” nəşrinin məlumatına görə, müəssisə Şimanovtsi şəhərində yerləşəcək. Layihənin 51%-i İsrailin "Elbit Systems” şirkətinə, 49%-i isə Serbiyanın dövlət şirkəti "Jugoimport SDPR”ə məxsus olacaq.
OXŞAR XƏBƏRLƏR