ÜST-dən koronavirusun 3-cü dalğası ilə bağlı - XƏBƏRDARLIQ

DÜNYA
21:15 22.11.2020
1940

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarro 2021-ci ildə Avropada COVID-19 pandemiyasının üçüncü dalğasının baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə "Badener Tagblatt” məlumat yayıb.

 

Onun sözlərinə görə, Avropa ölkələri birinci dalğanı nəzarətə aldıqdan sonra ikinci dalğanın qarşısını ala bilməyib.

"Onlar yay aylarında zəruri infrastrukturu qurmaq imkanını əldən verdilər. İndi ikinci dalğa baş verir. Əgər onlar lazımi strukturu indi qurmasalar, onlarda gələn ilin əvvəlində üçüncü dalğa olacaq”, - deyə D.Nabarro bildirib.

OXŞAR XƏBƏRLƏR