“Avroviziya” qalibi Bakıya gəlir

“Avroviziya” qalibi Bakıya gəlir
MAQAZİN
18:08 17.06.2026
186
"Avroviziya-2026”nın qalibi, bolqarıstanlı müğənni Dara Bakıya gəlir.

AZXEBER.COM xəbər verir ki, bu ilin ən çox danışılan ifaçılarından olan Dara beynəlxalq musiqi festivalı olan DREAM FEST 2026-da səhnəyə çıxacaq.

Festival 23-26 iyul tarixlərində Bakının "Sea Breeze” sahilində keçiriləcək və dünyanın müxtəlif ölkələrindən tanınmış sənətçiləri bir araya gətirəcək.

Dara bu il Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstana tarixi qələbə qazandıran "Bangaranga” mahnısını canlı ifa edəcək. Vyanada keçirilən finalda səsləndirilən mahnı həm münsiflər heyətindən, həm də tamaşaçılardan yüksək xal toplayaraq ölkəyə ilk "Avroviziya” qalibiyyətini gətirib.
OXŞAR XƏBƏRLƏR