Avstraliyada yanğından qurtulan koala su içərkən boğularaq öldü

Avstraliyada yanğından qurtulan koala su içərkən boğularaq öldü
DÜNYA
12:42 17.01.2020
8399
Avstraliyada yanğından qurtulan bir koala su içərkən boğularaq ölüb.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, koala ona edilən səhv müayinə nəticəsində ölüb.

Xəbəri eşidən "heyvan qoruma dərnəkləri” Avstraliyada yanğından xilas olan canlılara edilən müdaxilələrə görə xəbərdarlıq edib. Onlar sosial media vasitəsi ilə açıqlama verərək, vətəndaşların pis  niyyətli olmadığını lakin bilməyərəkdən heyvanlara zərər vurduqları bildirilib. 

Yanğından xilas edilən heyvanlara suyun geniş qabda verilməsi tövsiyə edilib. Koalaya şüşə butulkada su verilməsi nəticəsində bilməyərəkdən öldürüldüyü məlum olub.

Əldə edilən məlumata görə Avtraliyada yanğın nəticəsində milyonlarla heyvanla yanaşı 28 insan həyatını itirib.

Mələk Cabbar
OXŞAR XƏBƏRLƏR