AZXEBER.COM-un AzərTAc-a istinadən məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Avstriya Respublikasının Prezidenti Haynts Fişeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.Milli geyimli uşaqlar Avstriya Respublikasının Federal Prezidentinə və xanımı Margit Fişerə gül dəstəsi təqdim ediblər.