Avtobus dayanacaqlarındakı məlumat lövhələri işləmir - Sərnişinlər şikayətçidir - AÇIQLAMA

Avtobus dayanacaqlarındakı məlumat lövhələri işləmir - Sərnişinlər şikayətçidir - AÇIQLAMA
SOSİAL
14:31 21.04.2026
472
Paytaxtın bir sıra ərazilərində yerləşən avtobus dayanacaqlarında marşrut xətləri ilə bağlı məlumat lövhələrinin olmaması sərnişinlərin ciddi narahatlığına səbəb olur. 

Hansı avtobusların həmin dayanacaqdan keçdiyini öyrənməkdə çətinlik çəkən vətəndaşlar, bu çatışmazlığın xüsusilə şəhərə yeni gələnlər və turistlər üçün əlavə problemlər yaratdığını bildirirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov AZXEBER.COM-a bildirib ki, avtobus dayanacaq nişanlarına dair yeni standartlar müəyyən edilib:

"Sərnişindaşıma sistemi dinamik şəkildə sərnişinlərin tələbatına uyğunlaşdırılır, daim yenilənir və genişlənir. Bu səbəbdən avtobus dayanacaq nişanlarına dair yeni standartlar müəyyən edilib. Mütəmadi olaraq optimallaşdırma işləri aparıldığından yeni quraşdırılan nişanlarda marşrut nömrələrinin qeyd olunduğu lövhə yer almayacaq və standarta uyğun olmayan, köhnə nişanlar da əvəzlənəcək”. 

O bildirib ki, avtobusların gəlişini izləmək üçün "AYNA MaaS” tətbiqi mövcuddur:

"Hər bir dayanacaq üzrə aktual marşrut xətləri haqda daha dolğun və dəqiq məlumatı əldə etmək, avtobusların gəlişini izləmək üçün isə "AYNA MaaS” tətbiqi mövcuddur. Bu tətbiqdə istənilən dəyişikliklər real vaxt rejimində öz əksini tapır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR