Avtobus və metrodakı səviyyəsiz qızlara - KÖŞƏ

Avtobus və metrodakı səviyyəsiz qızlara - KÖŞƏ
KÖŞƏ
17:50 03.08.2012
5594
Elgün MƏNSİMOV Hərdən düşünürəm ki, o vaxtkı ataların dediyi sözlər indi öz qüvvəsini itirib. Əvvəla, ona görə ki, nənələr hər zaman ataların əleyhinə olub. Hər vəchlə onların dediklərini qəribçiliyə salıb öz hegemonluqlarını göstərmək istəyiblər. Bu münasibət təbii ki, uzun sürə bilməzdi. Elə buna görə də bir zamanlar ataların dediyi müdrik kəlamların tam əksini görürük. Məsələn, atalarımız qız övladı barədə bir neçə söz deyiblər. Yüngül düşüncə ilə bu sözlərin dərinliyinə varsaq, həmin sözlərin əks təsir yaradacağı qaçılmazdır. Bunlardan “Anası tərifləyən qızın qiyməti olmaz” ifadəsi məni daha çox cəlb edir. Səbəbini öyrənmək üçün real bir haşiyə çıxaq:–Bir çoxumuz gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edirik. Hər gün də olmasa, hərdən elə qızlarla rastlaşırıq ki, onlara bəlkə də dişimizin dibindən çıxanı demək istəyirik. Amma... Əmması da odur ki, öz səviyyəmizi qorumağa çalışırıq. Əcəba, bu qızlar nə edir ki, onları səviyyəsiz kimi görürük? Suala tam dolğun cavab vermək üçün öz gördüklərimdən misal çəkim. Deməli, avtobusa minmişəm, məndən arxa oturacaqda da arıq-sısqa bir qız əyləşib. Yenicə yola düzəlmişdik ki, qızın telefonu zəng çalır. Cavab verir: “Alo, salam, kimiydi?.. neçə yaşınız var?.. boyunuz neçədi?...”. Nə başınızı ağrıdım, ilkin tanışlıq mərhələsi bitir. Qız gözünə dönmədiyim də elə bil qəsdən bərk danışır ki, ətrafdakılar bunu eşitsin. İnanıram ki, mənimlə bərabər digər sərnişinlərin də “dişi bağırsağını kəsir”. Bu yerdə başımı döndərib qıza bir balaca nəzər saldım. Yaxşı ki, baxdım, yoxsa elə biləcəkdim ki, qız dünya gözəlidir, bizim xəbərimiz yox. Qız isə heç nəyə məhəl qoymadan söhbətini davam etdirir: “Belə danışdığıma baxma ey, on yeddi yaşım var..., nə arığam, nə də kök..., hə sən nə vaxt istəsən görüşək, mən onsuz da hər gün evdə oluram, vaxtım var..., oldu, hələlik”. Bayaq dedik axı, “anası tərifləyən qızın qiyməti olmaz”. Buna görə də balası ataların sözlərini yerə salmayıb tərif məsələsini öz üzərinə götürür, bəlkə bir qiyməti olacaq, deyə. Hələ bu harasıdır, elə qızlar var ki, yuxarıda dediyimiz şükürlüdür. Yenə də avtobusda şahidi olduğumuz bir məqama keçək. İki qız bir-biri ilə söhbət edir. Biri o birinə tanış olduğu oğlanı tarif edir. Ümumi söhbətdən sonra qarşı tərəfdəki qız oğlanın maşınının olub-olmadığını soruşur. Qız “hə, var” deyir. O biri maşının markasının 07 olduğunu biləndə təəssüflə belə deyir: “Eh, bizi tapanların da ancaq nol yeddisi olur...”. Bu yerdə də qızlar atalarına sadiq çıxırlar. Onların dediyi “Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar” kəlməsinə etiqadla yanaşıb, atılan daşlardan xoşlanırlar.Qızları çox tənqid elədik, amma gərək haqına danışaq ki, kifayət qədər ağıllı və tərbiyəli qızlarımız da var. Elə bizim Fatma arvadın dindirməsən danışmayan qızı kimi. Nə olsun ki, arvadın təhsili, savadı yoxdur, amma vaxtilə ataların dediyi məsəllərə hörmətlə yanaşıb və övladını düz istiqamətdə tərbiyələndirib. Daha imkan verməyib ki, kimsə qızına daş atsın. Bax, bu yerdə “Anası gəzən ağacı qızı budaq-budaq gəzər” ifadəsini işlətmək yerinə düşər. Demək ki, qızın hər bir hərəkətinin başında anası durur. Əgər, ana sözün əsl mənasında, mənəvi cəhətdən qızını döyməsə, vaxtı çatanda dizini döyəcək. Bunu da atalarımız deyib.Nənələrimizə gəldikdə isə onlar qız məsələsində həmişə atalara əks gedirlər. Deyirlər ki, atalar gah belə deyir: “Qızı özbaşına buraxsan ya halvaçı tapar, ya da zurnaçı, gah da belə: “Qızı kimə ərə versən udarsan”. Nənələr söylənirlər ki, məgər, halvaçı adam deyil, öz zəhməti ilə çörəyini qazanır, zurnaçı da onun kimi. Ax, anaxaqanlıq, hardasan, gəl bu cəmiyyəti bir nizama sal, yoxsa qızlarımızı ağac budaqlarından yığışdıra bilməyəcəyik...Görürəm atalar sözlərimizin timsalında bəzi qızlarımızı tənqid elədim. Hərdən atalara və nənələrə də sataşdım. Bu yerdə mənə deyən lazımdı ki, ay qardaş, “qız qızıl alma, qızı gözdən salma!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir