Avtobuslarda xüsusi yenilik

Avtobuslarda xüsusi yenilik
Bütün Xəbərlər
15:09 16.12.2014
833
Köklü dəyişikliklər nəzərdə tutulub.
Azərbaycanda nəqliyyat vasitələrinə rəqəmsal taxoqrafların tətbiqi planlaşdırılır.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov Milli Məclisin dekabrın 16-da keçirilən iclasında “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı söyləyib.
R.Hüseynov deyib:
“Avtobuslarla sərnişin daşımalarda rəqəmsal taxoqrafların tətbiqi nəzərdə tutulur. Bununla bağlı Nəqliyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür. Buna nəzarət isə Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu məsələ yaxın vaxtlarda öz həllini tapmalıdır”.
Bildirilib ki, avtobus sürücülərinin gün ərzində 8 saatdan artıq işləmələri təhlükəlidir. Bu məsələ Nəqliyyat Nazirliyi ilə bir neçə dəfə müzakirə olunub. Bunun qarşısının alınması istiqamətində də müəyyən addımlar atılır.
Rəis müavini deyib ki, yaxın vaxtlarda avtobuslarla sərnişin daşımalarının təşkilində köklü dəyişikliklər nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR