Rusiya baş nazirinin müavini Dmitri Roqozin Müdafiə Nazirliyinə “Kalaşnikov” avtomatını modernləşdirməyi təklif edib. ANS PRESS-in “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bunun üçün o iki variant təqdim edib.
Söhbət AK-74M avtomatının qoşun və zavod modernləşdirilməsindən gedir. Rusiya hərbçilərinin hansı variantı seçəcəkləri isə bu ilin sonunda məlum olacaq.
Hazırda ehtiyat arsenallarda və anbarlarda 7 milyon ədəd avtomat var. Zavod modernizasiyalı avtomatın variantı seçildikdə, anbarlarda olan bütün avtomatlar zavodlara göndəriləcək.