Bəzi hallarda avtomobilin qəzaya düşməsi, ciddi təmir görməsi və ya yürüş göstəricisinin saxtalaşdırılması alıcıya yalnız sonradan məlum olur.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu cür halların qarşısını almaq üçün avtomobillərin rəqəmsal pasportlaşdırılması sistemi tətbiq edilməlidir. Artıq bununla bağlı aidiyyəti qurumlara təkliflər də göndərilib.
Ekspert Fərid Kazımovun fikrincə, belə bir mexanizm həm alıcıların daha düzgün seçim etməsinə, həm də avtomobil bazarında şəffaflığın artmasına xidmət edə bilər. Onun sözlərinə görə, bu sistemin yaradılması ilə daxili bazarda canlanma da yarana bilər. Bura dövlət qurumları ilə yanaşı, avtoservis və sığorta şirkətlərini də cəlb etmək lazımdır.
Qeyd edək ki, bu sistem dünyanın bir çox ölkəsində mövcuddur.











































