“Avtovağzal” metrostansiyasının açılışı barədə - AÇIQLAMA

“Avtovağzal” metrostansiyasının açılışı barədə - AÇIQLAMA
Bütün Xəbərlər
12:02 20.10.2014
3880
“İlk etapda 5 vaqonluq qatarlardan istifadə ediləcək”.
Bənövşəyi xəttin ilk iki stansiyası olacaq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının 2015-ci ildə açılması nəzərdə tutulub.
AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Hazırda işlərin böyük əksəriyyətinin görüldüyünü qeyd edən Nəsimi Paşayev Fransanın “Thales” şirkəti ilə bağlanan müqaviləyə görə alınan işarə vermə və idarəetmə avadanlıqlarının da quraşdırılmasına başlandığını vurğulayıb.
O, yeni stansiyalarda yanğından mühafizə, əvvəlcədən xəbərdaredici yanğın siqnalizasiya sisteminin, tam avtomatlaşdırılmış əlillər üçün liftlərin quraşdırılacağını da deyib:
“Təbii ki, həmin xətt üzrə hərəkət edəcək yeni vaqonlar da alınacaq. Platformalar 7 vaqon üçün nəzərdə tutulsa da, ilk etapda 5 vaqonluq qatarlardan istifadə ediləcək. Hər biri 5 vaqondan ibarət olmaqla 3 qatardan istifadə edilməsi nəzərdə tutulub, ümumilikdə 15 vaqon olacaq”.
OXŞAR XƏBƏRLƏR