Bu kadrlar Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Mərkəzinin kameraları vasitəsilə Bakıdakı Beynəlxalq Avtovağzalda çəkilib.
AZXEBER.COM avtosfer.az-a istinadən avtobus sürücülərinin kobud qayda pozuntusu nəticəsində baş vermiş qəzanın videosunu təqdim edir.
Görüntülərdə iki sərnişin avtobusunun yüksək sürətlə hərəkət etdiyi, sola dönərkən və ötmə əməliyyatı apararkən kobud qayda pozuntusuna yol verdiyi və qəza törətdiyi əksini tapıb. Bu görüntü bir daha təsdiq edir ki, bu avtobus sürücülərinin ötmə və dönmə əməliyyatının necə aparılmasından anlayışı yoxdur. Ara yerdə sərnişinlərin həyatı təhlükə qarşısında qalır.