‘Ay bu yükün yiyəsi’ - Ramiz Rövşənin ilk dəfə çap olunan şeiri

‘Ay bu yükün yiyəsi’ - Ramiz Rövşənin ilk dəfə çap olunan şeiri
MƏDƏNİYYƏT
18:33 15.12.2013
2115

Dekabrın 15-i Azərbaycanın böyük şairi Ramiz Rövşənin 67 yaşı tamam olur. 1946-cı ildə Bakının Əmircan kəndində doğulan Ramiz Rövşən Bakı Dövlət Universitetinin filologiya fakültəsini və Moskva Kinematoqrafiya İnstitutunun ali ssenari kursunu bitirib. “Bir yağışlı nəğmə” (1970-ci il), “Göy üzü daş saxlamaz” (1987-ci il), “Kəpənək qanadları” (1999-cu il), “Nəfəs - kitablar kitabı” (2006-cı il) kitablarının müəllifidir. Ramiz Rövşən ədəbi aləmdə həm də bir sıra hekayələrin və məşhur “Daş” povestinin müəllifi kimi tanınır. Uzun illər kinostudiyada çalışan şairin ssenariləri əsasında bir neçə film, o cümlədən “Babamın babasının babası”, “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı”, “Özgə vaxt” (Hüseyn Mehdiyevlə birgə) bədii filmləri çəkilib.

AZXEBER.COM portalı Mediaforma istinadən şairin heç yerdı çap edilməyən “Ay bu yükün yiyəsi” şeirini təqdim edir:

Ay bu yükün yiyəsi Gör bir nə tez xərclədim günləri manat kimi, Əvəzində nə aldım – heç xəbərim olmadı. Çox yerdə başa keçdim hörmətli qonaq kimi, Amma ayaq qoymağa heç öz yerim olmadı. Dünyada hərə bir cür qocalmağa başlayır; Başdanmı qocalan çox, ayaqdanmı? Kim bilir. Hansı pisdi – yerişi, yoxsa ağlı itirmək? Axsaqdanmı soruşaq, axmaqdanmı? Kim bilir. Mən nəsə ayağımdan qocalmağa başladım, Ağıllı başım çətin köməyimə yetişə. Ayağımın ucundan başlayan şiş yeriyib Yavaş-yavaş haçansa ürəyimə yetişər. Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq, Ayaqlarım zay olub lap sıradan çıxsa da. Çox dostlarla günbəgün aram soyuyur, – ancaq Mən aradan çıxmaram, kim aradan çıxsa da. Bir vaxt iri köpəklər hürərdilər üstümə, İndi xırda küçüklər hürüşür addımbaşı. Hürməkdə o köpəklər yaman ustaydı, usta, Bu küçüklər hələ ki, bir az naşıdı, naşı. İt hürər, karvan keçər... Yox, mən karvan deyiləm, Mən – karvanı talanmış tənha, yorğun bir dəvə. Dörd tərəfi bürüyən toz-dumanın içində Baş götürüb gedirəm ağlım kəsən tərəfə. Yük altında göynəyir kürəyimin qabarı, Yük altında təngiyir hər addımda nəfəsim. Nə atmağa qıyıram, nə gücüm var – aparım, Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!..

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:44 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Nazir müavini Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
17:43 04.06.2026
Nazir müavini Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA