Ayaqları yoxdur, "Jiquli"ni əli ilə sürür... - VİDEO

Ayaqları yoxdur, "Jiquli"ni əli ilə sürür... - VİDEO
MARAQLI
19:58 15.05.2019
7069

Bədbəxt hadisə nəticəsində hər iki ayağını itirən Goranboy sakini Elşad Məmmədov öz əzmi və iradəsi ilə görənləri heyrətə salır. Rayonun Nərimanlı kəndində yaşayan E. Məmmədov I qrup əlil olsa da, ruhdan düşməyərək gəncliyindən məşğul olduğu sürücülük peşəsini davam etdirir.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, o, avtomobili idarə edə bilmək üçün pedalları əllə idarə ediləcək şəklə salıb. Bu yolla həyatına rəng qatmaqla yanaşı ailəsinin dolanışığını da təmin edir. O, hətta avtomobildə əksər təmir işlərini də özü aparır. 57 yaşlı Elşad Məmmədov hər şeyin heç də indi göründüyü kimi asan başa gəlmədiyini söyləyir. 1989-cu ildən səhhətində problemlər başlayan Goranboy sakini bütün müalicələrə baxmayaraq, 2004-cü ildə hər iki ayağını itirməli olub.

E.Məmmədova ayaqlarını itirmək çox pis təsir edib, hər an ölüm haqda fikirləşib: "Ölümü fikrimdən çıxara bilmirdim. Elə hey fikirləşirdim ki, bu gün öləcəm, sabah öləcəm. Sağ qalmağıma inamım yox idi".

"Sonradan qərara gəldim ki, maşın alım. Maşını aldıqdan sonra onda öz ideyamla əllə idarə etmək üçün düzəlişlər etdim. Yavaş-yavaş bu maşının köməyi ilə bütün problemlərimi yaddan çıxardım. İndi sükan arxasında oturanda özümü sağlam adam kimi hiss edirəm" - həmsöhbətimiz bildirib.

Dediyinə görə, hazırda avtomobili onunçün yaşam səbəbi, həyat mənbəydir: "Maşın mənim həyatımdır. Ana balasız qala bilmədiyi kimi mən də maşınsız qala bilmərəm. Axşamdan hiss edəndə ki, maşında nasazlıq var, həmin gün gözümə yuxu getmir. Sabah olan kimi çayımı içməmiş başlayıram nasazlığını düzəltməyə. Ona görə də 2004-cü ildən sürsəm də, məni yolda qoymayıb, 1 dəfə olsun benzini qurtarmayıb, təkəri belə, buraxmayıb".

Tək narahatlığının yol hərəkəti qaydalarını bilməyən, sürücülük mədəniyyəti olmayan sürücülər olduğunu deyən E.Məmmədovun müştəriləri də kifayət qədərdir. Qazaxdan tutmuş Şirvanadək bütün ətraf rayonlara hər gün müştəri aparan Goranboy sakini müştərilərin sağlam sürücülərdən daha çox ona etibar etdiklərini bildirib.

Elşad Məmmədovun istəyi fiziki məhdudiyyətli şəxslər üçün hazırlanmış avtomobilə sahib olmaqdır. 1985-ci il istehsalı olan "dəmir" dostunun artıq köhnəldiyindən, bir müddət öncə əlillər üçün nəzərdə tutulmuş avtomobil almaq üçün müraciət edib. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən ona avtomobillərin yalnız Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə verildiyi bildirilib.


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
19:31 20.10.2026
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA