Sevgilisi olmayan xanımlar və kişilər üçün daha bir orijinal xidmət istifadəyə verilib.
AZXEBER.COM “Vatan” qəzetinə istinadən xəbər verir ki, müvafiq ödəniş edərək “Invisible Boyfriend” adlı xidmətə qoşulan xanımlara guya sevgililəri tərəfindən yazılan SMS-lər və səsli mesajlar, o cümlədən əl yazısı ilə yazılmış qeydlər göndərilir.
Məlumata görə, bu xidmət sevgilisini qısqandırmağa çalışanları, ya da başqaları tərəfindən narahat edilmək istəməyənləri nəzərdə tutaraq istifadəyə verilib.
Xidmətə qoşulan xanım “olmayan sevgilisi”nin adını, yaşını, fotoşəklini və xarakterini özü seçə bilər.
Aylıq xərci 24,99 dollar olan bu xidmət müqabilində hər ay 100 SMS, 10 zəng və 1 əl yazısı ilə qeyd göndərilir.
Eyni zamanda, kişilər üçün də analoji xidmət göstərən “Invisible Girlfriend” adlı xidmət də yaradılıb.