Aygün Kazımova Röya ilə necə əlbəyaxa dalaşmasından danışdı - QALMAQAL

MAQAZİN
11:11 07.06.2012
6750

Xalq artisti Aygün Kazımova və populyar müğənni Röyanın tanınmış teleaparıcı Kamilə Babayevanın toy məclisində dalaşıblar. 

AZXEBER.COM-un məlumatına görə, bu barədə toyda iştirak edən qonaqlardan biri sosial şəbəkədə yazıb. Yazılanlarda Aygün Kazımova ilə Röyanın hətta əlbəyaxa olduğu deyilir. Deyilənlərə görə, mübahisəni davam etdirmək istəyən Röya Aygün Kazımovanın oturduğu masaya yaxınlaşanda xalq artisti əlindəki bakalı onun üstünə atıb. Bakal Röyaya dəyməsə də, sınıb. Aygün Kazımova Day.az saytına Kamilə Babayevanın toyunda Röya ilə dalaşması haqqında belə açıqlama verib: "Nə yazırlar? Məni döyüblər? Orada məndən başqa yüzlərlə qonaq var idi. Qoy onlar danışsınlar ki, hadisə necə olub. Röya sadəcə mənimlə yaradıcı rəqabət apara bilmədiyindən fiziki güc tətbiq etmək məcburiyyətindədir.". Röya toyda cəmi yarım saat otuub. Ondan sonra onu görən olmayıb. Aygün Kazımova isə insidentdən sonra heç nə olmayıbmış kimi toyda iştirak edib. Kamilə Babayeva baş verənlərdən xeyli sonra xəbər tutub və əsəbləşib.

OXŞAR XƏBƏRLƏR