Aygün Kazımova sirkdə "Məclis" qurub, halqadan sallanıb, rep oxudu - Video

Aygün Kazımova sirkdə "Məclis" qurub, halqadan sallanıb, rep oxudu - Video
MAQAZİN
11:13 12.06.2026
213
Xalq artisti Aygün Kazımova yenidən uzun müddət gündəmi alt-üst edəcək layihə hazırlayıb.

AZXEBER.COM xəbər verir ki, Pop kraliça bu dəfə də ilkə imza ataraq rep janrında mahnı oxuyub. "Məclis” mahnısı üçün Diva klip də çəkdirib. Söz və musiqisi Abbas İsmayılova (Asoundady) məxsus olan "Məclis”in ekran həlli rejissor Delee Orucluya həvalə edilib. Layihə üçün yerli və əcnəbi komanda 2 gün çalışıb.

Ekran işi həm Bakı Dövlət Sirkində, həm də həmin ərəfədə Azərbaycana xaricdən gətirilən sirk pavilyonunda lentə alınıb. Klipdə yerli və xarici peşəkar sirk aktyorları - akrobatlar, janqlyorlar, kaskadyorlar və rəqqaslar çəkiliblər. Pop Diva ən təhlükəli kadrlardan birində isə hündürlükdə halqadan sallanıb. Ekran işində sirk heyvanlarından da istifadə edilib. 

Al-əlvan rəngləri, yüksək enerjisi və vizual həlləri ilə seçilən klipdə Ölkənin əsas ulduzu beş fərqli obrazda kamera qarşısına keçib. Müğənninin saç və makiyajı üzərində Günəş Nur və Tolqahan Karataş çalışıb. Layihənin kreativ direktoru dünyaşöhrətli modelyer Rüfət İsmayıldır.

Mahnı ötən gün gecə yayımlansa da artıq, "Apple Music"də bir neçə saata rəsmi türkdilli rep pleylisti "Breaking Turkish Rap" də yer alıb.

OXŞAR XƏBƏRLƏR