AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət paytaxtın Səbail rayonu, Nigar Rəfibəyli küçəsindən gedir.
Taksi sürücləri deyirlər ki, 10 ildən artıqdır həmin yerdə dayanaraq fəaliyyət göstərirlər. Lakin aylar öncə həmin yerin yarısı parkinq edilib, indi isə taksi duracağı nişanı götürülüb.
Sürücülərin sözlərinə görə, əraziyə yaxın böyük ticarət mərkəzi var. Bu da taksiyə olan tələbatı artırır. Lakin həmin yerdə nə duracaq var, nə də mindirib düşürmə yeri.
Taksi sürücüləri ümid edirlər ki, məsələ ən qısa zamanda araşdırılacaq və yaranmış çətin vəziyyətin aradan qaldırılması üçün çıxış yolu tapılacaq.











































