AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır

AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır
SOSİAL
14:20 21.04.2026
449
Bakıda metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir.

Bu barədə cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur” - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu gün günorta saatlarında Bakı metrosunun "Ulduz” - "Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bu səbəbdən qatarların bütün stansiyalarda girişə məhdudiyyət tətbiq edilib və sərnişinilərin təxliyəsi həyata keçirilib. Metronun yaxın bir saat ərzində fəaliyyəti bərpa ediləcəyi bildirilib.
OXŞAR XƏBƏRLƏR