Katarakt

Aynur: “Ərim hesabımdan 300 min manata yaxın pulu götürdü və ...”

SOSİAL
17:36 18.07.2019
3086
Ağdam rayon sakini Aynur Abdunova ondan xəbərsiz bank hesabından 300 min manata yaxın pul çıxaran ərindən boşanıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib.

AZXEBER.COM xəbər verir ki, "qafqazinfo”ya müraciət edən A.Abdunova bildirib ki, 1996-cı ildə Vüqar Abdunovla evlənib və 3 uşağı var:

"Bizim ailəvi biznesimiz var idi, oradan gələn qazancımı yığırdım ki, uşaqlarıma rahat gələcək verim. Ən böyük arzum o idi ki, oğlanlarım polis olsun, qızımın evi, maşını olsun.

Bunları edəcək imkanımız da oldu. Sonra yoldaşım mənə xəyanət etməyə başladı, başqa qadınlarla yaşayırdı. Bu mövzuda evdə gedən söz-söhbətlərə görə qızım stresdən xəstəlik tutdu, indi yeriyə bilmir.

Vüqar da iki oğlumu əlimdən alıb, özü ilə saxlayır.

Buna görə mən 2015-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib ondan ayrıldım.

Məsələ isə belədir ki, 2009-cu ildə mən "AtaBank”ın Yevlax filialına gedib müdir əvəzi işləyən Məmmədov Bayram Güloğlan oğlu ilə görüşdüm və depozit hesabı açdırdım.

Biznes qazancımdan əldə etdiyim pulları hissə-hissə banka əmanət kimi yatırdım. Hər dəfə də pulun faizlərini təkrar hesabıma qoyurdum.

Amma mən hesab açdırandan 1 ay sonra yoldaşım mənim adımdam saxta şəxsiyyət vəsiqəsi hazırlatdırıb, onun əsasında Bayramla birgə mənim bank hesabımla bağlı ərimə saxta etibarnamə düzəldiblər.

2012-ci ildə ərim Vüqar Abdunov həmin saxta sənəd əsasında mənim hesabımdan 300 min manata yaxın pulu götürərək özünün, qardaşının və anasının adına keçirib.

2015-ci ildə mən boşanmaq üçün məhkəməyə müraciət edəndə isə Vüqar pulu həmin hesablardan da çıxarıb özünə götürüb.

Mən həmin il qızımın müalicəsi üçün bankdan pul götürmək istəyəndə dedilər ki, hesabınız boşdur. Hesabımdan pulların çıxarıldığını onda bildim.

 
Bununla bağlı Yevlax rayon prokurorluğuna şikayət etdim, o vaxtı müavin Mülküm Mahmudov qanunsuz olaraq cinayət işinin başlanmasını rədd etdi. Halbuki, ekspertiza bank hesabından pulların çıxarılması zamanı çəkilən imzanın mənə aid olmadığını təsdiqləyib.

Daha sonra Baş Prokuror Zakir Qaralovun qəbulunda oldum, Zakir müəllim işə nəzarəti müavini Namiq Əsgərova tapşırdı.

Amma yenə də bir nəticə olmadı. Daha sonra şikayətimi mülki iş kimi Nəsimi rayon Məhkəməsinə göndərdilər.

Nəsimi rayon Məhkəməsi özü hesablayıb və hesabda 250 min 500 manat və 9 min dollar olduğu qənaətinə gəlib.

Bu pulu da Vüqarla mənim aramda bölüb. Qərar belə olub ki, Vüqar Abdunov mənə 125 min 250 manat və 4500 dollar verməlidir. Mən bununla razı deyiləm.

Mən şəxsiyyət vəsiqəmin, bank hesabı üçün adımdan verilən etibarnamənin hazırlanmasında əli olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını, bank işçisi Bayram Məmmədovun özbaşına mənim hesabımdan pul çıxarıb başqasına verməsinin araşdırılmasını və 2012-ci ildə hesabımdan götürülən pulun geri qaytarılmasını, son 7 il üzrə də faizlərin hesablanmasını tələb edirəm.

İstintaq qərəzlidir və məqsədli şəkildə bu işlə bağlı cinayət işi başlanmasından imtina edirlər”.

Vüqar Abdunov prokurorluqda izahatında bildirib ki, 2006-2009-cu illərdə banka öz adından pul qoyub, 2009-cu ildən sonra isə həyat yoldaşı Aynur Abdunovanın adına hesab açdırıb və pulu o hesaba yatırıb:

"Daha sonra hesabdan pulları götürməyə Aynurla birgə getmişəm, pulları da Aynur özü götürürdü”.

Bankın vəzifəli şəxsi Bayram Məmmədov isə bildirib ki, Aynur Abdunova əri Vüqar Abdunovun xeyrinə banka əmanət qoyub. Daha sonra isə ya hər ikisi bir yerdə, ya da Vüqar Abdunov tək gələrək pulu çıxarıb:

"Biz arxivdəki sənədləri Aynur Abdunovaya təqdim edərək dedik ki, "sənin əmanətin ərin Vüqarın xeyrinə qoyulub, onun sənə demədən pulu götürməyə ixtiyarı var”.

Bankın filial müdiri Bayram Məmmədov 2015-ci ildə vəzifəsindən çıxıb. Prokuror müavini Mülküm Mahmudov da təqaüdə göndərilib. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:14 30.07.2021

Türkiyədə meşə yanğınlarında ölənlərin sayı artdı - VİDEO

23:48 29.07.2021

Ceyhun Bayramov: "Bu çətin günlərdə Türkiyənin yanındayıq"

23:33 29.07.2021

Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanııb

23:19 29.07.2021

Kürdəmirdə gənc qız intihara cəhd edib

23:11 29.07.2021

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazandı

22:44 29.07.2021

Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir

22:04 29.07.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

21:47 29.07.2021

Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib

21:26 29.07.2021

Son bir həftə ərzində dörd uşağın küçəyə atılmasının səbəbi narkotik istifadəsidir - VİDEO

21:24 29.07.2021

SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu

21:16 29.07.2021

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

21:03 29.07.2021

Tokioda koronavirusa yoluxma sayında yenidən rekord qırıldı

20:54 29.07.2021

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

20:49 29.07.2021

Fermerlərin nəzərinə: Agentlikdən virusla bağlı XƏBƏRDARLIQ

20:32 29.07.2021

İbrahim Kalın: "Meşə yanğınları milli fəlakətdir"

20:12 29.07.2021

Rusiya və Çin genişmiqyaslı hərbi təlimlərə başlayır