"Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?!" - Ceyhun Bayramov

SİYASƏT
16:50 15.09.2020
500
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, nazir bu barədə "Twitter”də yazıb:

"Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun mühüm yardımı ilə Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. "Bir millət iki dövlət" şüarının ən parlaq nümunələrindən olan bu gündə, mübariz Şəhidlərimizi hörmətlə anırıq”.

Nazir Səməd Vurğunun "Azərbaycan" şeirindən bir misra da qeyd edib. O, "Ayrılarmı, könül candan” misrasından sonra Türkiyə və Azərbaycan bayraqlarının simvollarını paylaşıb.
 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet