Ayxan Abbasov: Komanda uduzmaq istəmirdi, xarakter göstərdi

Ayxan Abbasov: Komanda uduzmaq istəmirdi, xarakter göstərdi
İDMAN
19:39 04.10.2026
209
"Bilirdik ki, 4 oyun da çətin olacaq. Futbolçular yorulacaq. Əsas odur ki, böyük zədəmiz yoxdur. Lixtenşteynə qalib gəlib bu oyunda məğlub olsaq, öncəki qələbənin önəmi olmayacaqdı. Komanda uduzmaq istəmirdi, xarakter göstərirdi. Bu da gələcək üçün inam verir".

Bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Litva ilə oyundan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

"Həqiqətən çətindir. Bir məşqçi üçün böyük təcrübədir. Meydançada önəmli olan vətənpərvər olmaq, meydançada can qoymaqdır. Nə qədər müsbət hadisələr olsa da, bəzi çatışmazlıqlar var. Əvvəl futbolçulara deyirdim ki, cərimə meydançasına çata bilmirik. Bu gün isə cərimə meydançasında top itiririk", - deyə baş məşqçi əlavə edib.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR