Azərbaycan cüdoçusu erməniyə uduzdu

Azərbaycan cüdoçusu erməniyə uduzdu
İDMAN
16:31 15.01.2011
3104

Bakıdakı “Sərhədçi” Olimpiya İdman Mərkəzində cüdo üzrə “World Masters” kateqoriyalı beynəlxalq turnir start götürüb. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 5 təmsilçisindən 2-si bürünc medal qazanıb. 


Kişilərin mübarizəsində 60 kq çəkidə yarışan İlqar Müşkiyev (60 kq) mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Lüdviq Payşer (Avstriya) olub. Görüşü qələbə ilə başa vuran Müşkiyev ¼ finalda Pavel Petrikovu (Çexiya) da yenib. Lakin yarımfinalda təmsilçimizin qarşısını Rusiya yığmasının erməni əsilli cüdoçusu Arsen Qalstyan kəsib. Qalstyan 26 saniyəyə ipponla qalib gəlib. Bununla da Müşkiyev bürünc medalla kifayətlənib. 


Daha bir bürünc medala 66 kq çəkidə yer alan Tərlan Kərimov layiq görülüb. Kərimov 1/8 finalda Mikloş Unqvarini (Macarıstan), ¼ finalda isə Ju-Jin Kimi (Cənubi Koreya) yenib. Yarımfinalda isə onun qarşısını Rok Draksiç (Sloveniya) kəsib. 


73 kq çəkidəki təmsilçimiz Renat Mirzəliyev 1/8 finaldaca Deks Elmonta (Hollandiya) uduzaraq mübarizəni dayandırıb. 

Qadın cüdoçularımızdan 52 kq çəkidə yer alan Şahanə Hüseynova da bu mərhələdə eyni aqibətlə üzləşib. O isə Yuka Nişidaya (Yaponiya) yenilib. 


57 kq çəkidəki Kifayət Qasımova isə medalın bir addımlığında dayanıb. 1/8 finalda Morqan Ribunu (Fransa) mübarizədən kənarlaşdıran Qasımova növbəti görüşündə Telma Monteyroya (Portuqaliya) uduzub. Nəticədə o, 5 – 8-ci yerlərlə kifayətlənib. 


“World Masters” turnirinə yanvarın 16-da yekun vurulacaq. İkinci yarış günündə daha 5 cüdoçumuz çıxış edəcək: 

Olimpiya çempionu Elnur Məmmədli (81 kq) 1/8 finalda Avropa çempionu Sirajuddin Maqomedovla (Rusiya) qarşılaşacaq. 

Dünya və Avropa çempionatlarının mükafatçısı Elxan Məmmədov (90 kq) 1/8 finalda Daiki Nişiyama (Yaponiya) üz-üzə gələcək. 

Gənclər arasında Avropa çempionu Elmar Qasımov (100 kq) mübarizəyə Levan Jorjoliani (Gürcüstan) ilə 1/8 final görüşündən başlayacaq. 

Emil Tahirov (100 kq) 1/8 finalda Rafael Silvaya (Braziliya) rəqib olub.

Qadınların yarışında isə Ramilə Yusubova (63 kq) Jevris Emaneni (Fransa) ¼ finalda sınağa çəkəcək. 

Qeyd edək ki, 200 min dollar mükafat fonduna malik “World Masters”də hər çəki dərəcəsinin qalibi 2012-ci il London Yay Olimpiya Oyunlarına 400, finalçı 240, bürünc mükafatçılar hərəyə 160, 5-ci yeri tutanlar isə hərəyə 80 lisenziya xalı qazanırlar. Bu səbəbdən, İlqar Müşkiyevlə Tərlan Kərimov 160, Kifayət Qasımova isə 80 lisenziya xalı qazanıblar.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
Bu şəxslərə XƏBƏRDARLIQ - Ciddi problem yaranacaq
15:04 04.06.2026
Bu şəxslərə XƏBƏRDARLIQ - Ciddi problem yaranacaq