Azərbaycan "Metallist"lə bacarmadı

İDMAN
17:17 02.02.2011
2141

Yığmamız meydana zəif heyətlə çıxıb. Belə ki, Foqts start heyətində yığmanın əsas qapıçısı Kamran Ağayevin əvəzinə "Abşeron"da çıxış edən Andrey Popoviçə şəns verib. Bundan başqa gənclərdən Vurğun Hüseynov, Elnur Abdullayev, Arif İsayev, Samir Zərgərov meydana start heyətində çıxıb.

Qeyd edək ki, ötən mövsüm Ukrayna Premyer Liqasını 3-cü pillədə başa vuran Xarkov təmsilçisi cari mövsümdə də ilk dövrəni 38 xalla üçüncü pillədə başa vurub.

Millimiz növbəti yoxlama oyununu Macarıstan yığmasına qarşı keçirəcək.

Azərbaycan - Metallist (Ukrayna) 0:1

Qol: Oleynik, 85

Azərbaycan: Andrey Popoviç, Ruslan Abışov, Vurğun Hüseynov, Samir Abasov (k), Aleksandr Çertoqanov, Elnur Abdullayev (Rail Məlikov, 46), Rahid Əmirquliyev, Cavid Hüseynov, Arif İsayev, Samir Zərgərov (Elvin Məmmədov, 46), Vaqif Cavadov (Fabio Luis Ramim, 46).

Metallist: Vladimir Dişlenkoviç (Starçev, 46), Sergey Pşeniçnıx (Romançuk, 46), Milan Obradoviç (k), Sergey Berezovçuk, Vitali Bordiyan, Şarpar, Sergey Valyayev (Şelayev, 64), Fininyo (Blanko, 46), Denis Oleynik, Barsellos Tayson (Lısenko, 54), Conatan Kristaldo (Pişur, 58).

 

OXŞAR XƏBƏRLƏR