Bu gün İtaliya Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibəti ilə Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, millət vəkili Xanhüseyn Kazımlı İtaliya xalqına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hazırda, İtaliya və Azərbaycan arasında 1997-ci ildən bu günə kimi qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirən onlarla saziş, protokol, müqavilə imzalanmışdır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, xalqlarımız arasında olan dostluq münasibətləri getdikcə güclənir. Əminəm ki, dost ölkələrimiz arasında olan əməkdaşlıq, daim genişlənən əlaqələr bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bir daha Sizi və xalqınızı Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından təbrik edir, dostluq və qardaşlıq münasibətlərimizin gələcək illərdə də, inkişaf etməsini arzulayıram”.